Kürdəmir rayonunda cari ilin ilk üç ayında istixana təsərrüfatlarında 383 ton tərəvəz məhsulları istehsal olunub və yetişdirilən məhsulların çoxu yerli bazarlara çıxarılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, Kürdəmirin istixana təsərrüfatlarında 21,3 hektarda tərəvəz bitkiləri, o cümlədən pomidor və xiyar əkilib. 2022-ci ilin birinci rübündə bu təsərrüfatlarda 319 ton pomidor, 64 ton xiyar yetişdirilib.
Qeyd edək ki, istixana təsərrüfatları əsasən rayonun Atakişili, Mollakənd və Muradxan kənd icra nümayəndəliklərinin ərazilərindədir.
