“Qarabağda mühafizə edilən təbiət əraziləri var. Artıq “Bəsitçay dövlət təbiət qoruğu”nda işlərə başlanılıb”.
ARANTV.AZ xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib. O bildirib ki, Prezidentin bununla bağlı sərəncamı da var:
“Orada hidrometeoroloji fəaliyyətin növbəli şəkildə bərpa olunması planlaşdırılır. Müvafiq hidrometeoroloji stansiyaların alınması işlərinə də başlanılıb”.
