Aqrar bölgə olan Ağsu rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir və hazırda bölgədə 38 min 171 baş mal-qara bəslənilir. Son illərdə heyvandarlıqla məşğul olan fermerlər və fiziki şəxslər mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində maraqlıdırlar. Doğulan hər buzova görə dövlət tərəfindən verilən subsidiya da bu marağı artırıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2022-ci ilin birinci rübündə 409 baş inək və düyə süni yolla mayalandırılıb. İlin üç ayında 347 baş cinsi yaxşılaşdırılan buzov alınıb.
Qeyd edək ki, rayonda süni mayalandırma üzrə 7 məntəqə məşğul olur və bu məntəqələrdə peşəkar mütəxəssislər çalışır.
