Cari ilin üç ayında 97 min ton meyvə-tərəvəz ixrac edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 124,9 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 97,2 milyon dollar olmaqla 89,9 min ton meyvə-tərəvəz ixrac edilib.
