Ağdaş rayonunda kənd təsərrüfatı iqtisadiyyatın aparıcı sahəsidir və cari ilin birinci rübündə bu sahədə məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz artıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-mart aylarında aqrar sektorda ümumi məhsul buraxılışının həcmi 21 milyon 657 min manat olub. Bu göstərici 2021-ci ilin ilk üç ayındakı göstəricidən 2 milyon 373 min manat çoxdur.
Cari ilin birinci rübündə ümumi məhsul buraxılışı əsasən kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın payına düşüb.
