Ramiz Mehdiyevin yaxınından 340 min manat oğurlayan qadından YENİ XƏBƏR

Ramiz Mehdiyevin yaxınından 340 min manat oğurlayan qadından YENİ XƏBƏR

Bakıda külli miqdarda oğurluqda təqsirləndirilən Lamiyə Abbasovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlham Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə iyulun 1-dən noyabrın 7-nə qədər, yəni, 4 ay müddətində Nəsimi rayonu Dilarə Əliyeva küçəsindəki binalardan birində qeydə alınıb. Orada yaşayan Mehdiyev Asəf Mehdiyeviçin evindən 200 000 ABŞ dolları (340 min manat) oğurlanıb. A.Mehdiyev “Şərq-Qərb” nəşriyyatının rəhbəridir. Asəf Mehdiyevin AMEA prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğu bildirilir. Belə ki, R.Mehdiyevin əksər kitabları “Şərq-Qərb” nəşriyyatında çap olunub.