Qobustan rayonunda kənd təsərrüfatı iqtisadiyyatın aparıcı sahəsidir. Cari ilin birinci rübündə bu sahədə ümumi məhsul buraxılışının həcmində 9,8 faiz artım olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2022-ci ilin ilk üç ayında Qobustanda kənd təsərrüfatında ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 186,9 min manat artaraq 13 milyon 296,5 min manata çatıb.
Cari ilin birinci rübündə məhsul buraxılışında artım əsasən heyvandarlığın payına düşüb.
