Diaspor Gənclərinin növbəti Yay Düşərgəsi Şuşada keçiriləcək.
ARANTV.AZ xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində deyib.
Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib.
