Azərbaycanda əhaliyə satılan sudan gəlirlər kəskin artıb

Azərbaycanda əhaliyə satılan sudan gəlirlər kəskin artıb

Ötən il Azərbaycanda kəmərlər ilə satılmış sudan 195 993,3 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 46,3% çoxdur.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, 2020-ci ildə sözügedən göstərici 133 954,8 min manat səviyyəsində olub.

Məlumata görə, hesabat dövründə su satışından əldə edilən gəlirlərinin 123 004,8 min manatı əhali abonent qrupu üzrə olub, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 78,5% çoxdur.

Qeyd edək ki, 2020-ci ildə əhali üzrə satılan sudan 68 912,3 min manat gəlir əldə olunub.

Komitənin məlumatında bildirilir ki, 2021-ci ildə abonentlərə 312 321,6 min kubmetr su verilib, bunun 238 324,7 min kubmetri əhalinin payına düşüb.