Azərbaycanda polislər sərxoş kişinin qeyri-adi istəyini yerinə yetirdilər

Azərbaycanda polislər sərxoş kişinin qeyri-adi istəyini yerinə yetirdilər

Gəncə şəhərində sərxoş sürücü maşınının oğurlandığını iddia edib.

ARANTV.AZ-ın məlumatına görə, şəhər sakini S.Məmmədov Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək ona məxsus QAZ-31 markalı avtomobilinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin yeri şəhər ərazisində müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki avtomobilin sahibi sərxoş olduğundan sonuncu dəfə avtomobili harada saxladığını unutduğundan qaçırıldığını zənn edərək polisə müraciət edib.