Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını güllələdi

Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını güllələdi

Ermənistan hərbi hissələrindən birində əsgər hərbçi yoldaşını ölümcül yaralayıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, aprelin 28-də N saylı hərbi hissənin əsgəri, 2002-ci ildə anadan olmuş Samvel Sanoyan əsgər yoldaşının açdığı atəş nəticəsində xəsarət alıb və xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Sputnik Ermənistan