Qarşıdan gələn Fitr bayramınız mübarək, əziz müsəlmanlar!

Qarşıdan gələn Fitr bayramınız mübarək, əziz müsəlmanlar!

Ötən illərdə olduğu kimi, bu il də Ramazan bayramı fərqli günlərdə qeyd olunacaq. İslam ölkələrinin bir çoxunda müsəlmanlar bayram namazını sabah, mayın 2-də qılacaqlar. Xatırladaq ki, QMİ-nin yaydığı təqvimə və Azərbaycan Nazirlər kabinetinin qərarına görə də bayram günləri mayın 2 və 3-nə təsadüf edir. Eyni zamanda İraqda, İranda, Hindistanda, Pakistanda, Banqladeşdə, Şri-Lankada, Cənubu Afrikada Şəvval ayının hilalının görünməməsini əsas gətirərək mayın 2-si mübarək Ramazan ayının 30-u elan edilib və Ramazan bayramı mayın 3-də qeyd olunacaq. Şiə müctəhidlərinin də demək olar hamısı Fitr bayramını 3 maya elan ediblər və sabah Ramazan ayının 30-u hesab olunmalıdır. Həm mayın 2-də, həm də mayın 3-də bayram edən bütün müsəlmanların bayramını təbrik edirik! Allah tutduğunuz orucları və etdiyiniz ibadətləri qəbul etsin!