Bakıda məktəbli qızın intiharı ilə bağlı araşdırmalara başlanılıb

Bakıda məktəbli qızın intiharı ilə bağlı araşdırmalara başlanılıb

Bakıda məktəbli qızın intiharı ilə bağlı araşdırmalara başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Xətai rayonu, Qədir Məmmədov küçəsində 2005-ci il təvəllüdlü Xumar Babayevanın binadan ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalar başlayıb.

Qeyd edək ki, hadisə zamanı qız özünü binadan atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb.

Nəticədə Z. Niyazov ağır xəsarətlər alıb.