Şəhid yadigarının ad günü qeyd olundu

Şəhid yadigarının ad günü qeyd olundu

Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin övladı Nur Əsgərlinin doğum günü təhsil aldığı Masallı şəhər “Viləş” uşaq bağçasında qeyd olundu.
Tədbirdə Nur Əsgərlinin nənəsi – hər iki övladını (Nurlan və İntiqam Əsgərli ) şəhid vermiş Ziba xanım və atasının adını daşıyan qardaşı İntiqam Əsgərli, Viləş uşaq bağçasının direktoru Şəfa Allahverdiyevanın rəhbərliyi ilə bağçanın kollektivi və valideynlər iştirak edirdilər.
Tədbirdə uşaqların əylənməsi üçün biri-birindən maraqlı əyləncəli proqramlara yer verilmiş və maraqlı personajların iştirakı Nur Əsgərli üçün unudulmaz olmuşdur.