Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Tovuz rayonunun Heydər Əliyev Mərkəzində 20 may 2022-ci il tarixində vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 12-17 may tarixlərində nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanına) müraciət edərək və ya 142 – Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
