Müsabiqədə Bərdə rayonu üzrə bir sıra təhsil müəssisələrindən tələbə və şagirdlər iştirak etdi.Müsabiqənin şərtləri nəzərə alınaraq komissiya qərarı ilə 3 yer üzrə 6 qalib müəyyənləşdirildi:
I yer -Bərdə şəhər Alı Mustafayev adına 5 nömrəli tam orta məktəbin 11b sinif şagirdi Əvəzova Xumar
II yer – Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin şagirdi Əkbərli Könül
II yer – Bərdə rayon Adil Süleymanov adına Şorəlli kənd tam orta məktəbin 8-ci sinif şagirdi Əlizadə Fatimə
III yer – Bərdə şəhər Fəxrəddin Muradov adına 7 nömrəli tam orta məktəbin 7 a sinif şagirdi Ələsgərova Nərmin
III yer – Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbinin şagirdi Hətəmova İlknur
III yer – Bərdə şəhər Alı Mustafayev adına 5 nömrəli tam orta məktəbin 10a sinif şagirdi Rzayeva Səmayə
Qaliblər təltifnamə və hədiyyələrlə mükafatlandırıldı.
İnşa müsabiqəsində iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk.





