“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı çərçivəsində aviaşou baş tutub.
Azərbaycan və Türkiyənin pilotları Bakı səmasında qırıcı təyyarələr və helikopterlərlə müxtəlif manevrlər edərək şou göstəriblər.
Azərbaycan Hərbi Hava Qüvvələrinin “MİQ-29” qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim edilib.
“Global Photo Stock”un əməkdaşları aviaşoudan unudulmaz mənzərələri kameranın yaddaşına köçürüb.
Həmin fotoları təqdim edirik:
