Dolu Ağdamın kənd təssərrüfatına ciddi ziyan vurub

Dolu Ağdamın kənd təssərrüfatına ciddi ziyan vurub

Son günlər yağan aramsız yağışlar və dolu düşməsi nəticəsində Ağdamın kənd təssərrüfatına ciddi ziyan dəyib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, yağışlı hava ümumilikdə 83 fermerə məxsus 397.92 hektar pambiq sahəsini məhv edib.

Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) Trend-ə verilən məlumata görə dəymiş ziyanın aradan qaldırılması üçün 30 hektar sahədə təkrar səpin işləri aparılıb, 192.92 hektar sahədə isə takrar səpinin aparılması nəzərdə tutulub.

DAİM-dən o da bildirilib ki, rayonun Ergi ərazisində Xəqani Əliyevə məxsus 86 hektar buğda sahəsinə ziyanlıq dəyib. Rayon ərazisindən keçən Qarqar çayının daşması nəticəsində Əfətli kəndində 78 hektar qarğıdalı, 3 hektar soğan sahəsinə ziyan dəyib.