Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Müstəqillik Günü münasibətilə ziyarət edib.
ARANTV.AZ xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu.






