Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon sakini Elnur Paşayevin qanunsuz olaraq silah saxladığı müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilən zaman “TOZ C-8931” markalı yivli silah və 22 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də istintaq tədbirləri davam etdirilir.
