Azərbaycan Türkiyədəki meşə yanğınlarının söndürülməsi üçün amfibiya təyyarəsi göndərir

Azərbaycan Türkiyədəki meşə yanğınlarının söndürülməsi üçün amfibiya təyyarəsi göndərir

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün yola düşür.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, təyyarə bir saata yola düşəcək.

FHN-dən məlumatı saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, 2021-ci ilin iyul-avqust aylarında dost ölkədə geniş yayılan meşə yanğınlarının söndürülməsində də Azərbaycan yanğınsöndürənləri iştirak etmiş, eləcə də amfibiya təyyarəsi göndərilmişdi.