Daha bir gənc qadın intihar etdi

Daha bir gənc qadın intihar etdi

Hacıqabulda 24 yaşlı qadın özünü asaraq intihar edib.
ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Meyniman kəndində qeydə alınıb.
Kənd sakini, 2 uşaq anası 1998-ci il təvəllüdlü Nəsirova Gülbəniz Ələsgər qızı yaşadığı ünvanda yerləşən tövlədə özünü asıb.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır