Bakı sakininə yeddi bıçaq zərbəsi vuruldu

Bakı sakininə yeddi bıçaq zərbəsi vuruldu

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Cavadov Elman Əyyub oğlu tanışı Yasin Məmmədov tərəfindən bıçaqlanıb. O, E.Cavadova ümumilikdə 7 bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.