Şəki rayonunda intihar hadisəsi olub.
ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Aşağı Göynük kəndində qeydə alınıb.
Kənd sakini, 1965-ci il təvəllüdlü Bayram Əhmədov yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.
