Azərbaycan koronavirusla bağlı yeni dalğanın astanasındadır – AÇIQLAMA

Azərbaycan koronavirusla bağlı yeni dalğanın astanasındadır – AÇIQLAMA

“Biz koronavirusla bağlı yeni dalğanın astanasındayıq”.

ARANTV.AZ  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yaxın vaxtlarda koronavirusa yoluxma sayı artacaq:

“Fikrimcə, bu dalğa uzunmüddətli olmayacaq. Yəqin ki, bu hal bir neçə həftə çəkəcək. Hər birimiz tədbirlərə əməl etməklə özümüzü və yaxınlarımızı qoruya bilərik. Hər kəs bu dalğanın pik dövründə tədbirlərə ciddi yanaşmalıdır”.