Vətən Müharibəsi Qəhrəmanının oğlu hərbi xidmətə yollanır – VİDEO

Vətən Müharibəsi Qəhrəmanının oğlu hərbi xidmətə yollanır – VİDEO

Vətən Müharibəsi Qəhrəmanı Şəhid polkovnik-leytenant Faiq Qasımovun oğlu Zamin Qasımov hərbi xidmətə yollanır.

ARANTV.AZ  xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Şəhid polkovnik-leytenant Faiq Qasımov həm də birinci Qarabağ döyüşlərində və aprel döyüşlərində iştirak edib. O, sentyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

F.Qasımov həmçinin ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.