Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb

Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb

Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb.

ARANTV.AZ xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

Bildirilib ki, hadisə iyulun 24-də paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, “Kığılı” geyim mağazasının “Elmlər” filialının müdiri, 1991-ci il təvəllüdlü Rəşid Əliyevin həmin filialın anbar otağında meyiti aşkar olunub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.