Bərdə xəstəxanasından körpə ölümü ilə bağlı AÇIQLAMA

Bərdə xəstəxanasından körpə ölümü ilə bağlı AÇIQLAMA

Bərdə Rayon Mərkəzi Xəstəxanası yeni doğulan körpənin ölümü ilə bağlı açıqlama yayıb.

ARANTV.AZ xəbər verir ki, Ağcabədi rayon sakini, 38-39 həftəlik hamilə olan 1997-ci təvəllüdlü hamilə qadın 20.08.2022-ci il saat 12:30 radələrində süni sancılarının olması səbəbilə xəstəxanaya yerləşdirilib. Xəstənin bütün lazımlı müayinələri aparılıb və qeysəriyyə əməliyyatı üçün hazırlanıb. Qadının 2 730 qram çəkidə olan övladı doğulub.
Yeni doğulan körpəyə tənəffüs pozğunluğu, perinatal dövr üçün spesifik olan dəqiqləşdirilməmiş infeksiyası, kəskin ürək-damar çatışmazlığı diaqnozu qoyulub. Bir neçə saat küvezdə saxlanılan körpə daha sonra vəfat edib.