Lənkəranda tanınmış həkimin ölümü ilə bağlı cinayət işi başlanıb

Lənkəranda tanınmış həkimin ölümü ilə bağlı cinayət işi başlanıb

Lənkəranda şəxsin özünü asaraq intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“Avqustun 21-də Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Müşfiq Bağırovun tikilməkdə olan evinin ikinci mərtəbəsində tavandan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, avqustun 21-də Müşfiq Zaman oğlu Bağırov yarımçıq tikilidə özünü asaraq intihar edib. O, rayonda tanınmış stomatoloq olub.