İşğaldan azad edilmiş ərazilərdə ov edilib-edilməməsi barədə məsələyə aydınlıq GƏTİRİLDİ

İşğaldan azad edilmiş ərazilərdə ov edilib-edilməməsi barədə məsələyə aydınlıq GƏTİRİLDİ

“Ov mövsümü açılarsa, işğaldan azad edilmiş ərazilərdə ov edilməsinə icazə verilməyəcək”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik baxımından yaxın müddətdə həmin ərazilərdə ov təşkil edilə bilməz:

“İşğal zamanı oradakı faunaya böyük zərər dəyib. Hazırda həmin ərazilərdə ekosistemin yenidən bərpa olunması və təhlükəsizlik kimi aktual məsələlər var. Qarabağda yaxın müddətdə ov edilməsinə icazə verilə bilməz”.