Bu ilin yeddi ayında 112,2 min ton tomat ixrac edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən tomatın dəyəri 134 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 128,1 milyon dollar olmaqla 119 min ton tomat ixrac edilib.
