Bu ilin yeddi ayında 5744 ton süd və qaymaq idxal edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən südün dəyəri 9,3 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin yanvar-iyul aylarında dəyəri 7,1 milyon dollar olmaqla 4851 ton süd idxal edilib.
