Bakıda kişiyə çoxsaylı bıçaq xəsarəti yetirilib

Bakıda kişiyə çoxsaylı bıçaq xəsarəti yetirilib

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Sülh küçəsində 1981-ci il təvəllüdlü Xanməmmədov Akif Məhəmmədalı oğlu naməlum şəxs tərəfindən sağrı nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı küçədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aşkar edilib.

O, təcili surətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.