63 yaşlı kişi damdan yıxılıb öldü

63 yaşlı kişi damdan yıxılıb öldü

Fatmayıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

ARANTV.AZ  xəbər verir ki, qəsəbədə Vətən Həsənova məxsus evin damında təmir işləri görən 1959-cu il təvəllüdlü Elşad Məmmədov hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.