Yanvar-avqust aylarında 9533 ton çay idxal edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən çayın dəyəri 48,2 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 41,9 milyon dollar olmaqla 9802 ton çay idxal edilib.
