Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Faiq Tağı-zadə və rütbəli şəxslər vəzifədən niyə kənarlaşdırılıblar? – YENİLƏNİB + FOTO

By Vüsal Rafiqoğlu
21.09.2022 4 Min Read

FHN-in Tibb Mərkəzinin Zığdakı Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsindən sonra dayısı, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağı-zadənin səlahiyyətlərinin alınması ilə nəticələnib.

“Qaynarinfo” xəbər verir ki, bundan sonra fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun tapşırığı ilə Faiq Tağı-zadənin rəhbəri olduğu Tibb Mərkəzində və Xidmətində bu ilin martından yoxlamalar həyata keçirilib. Mərkəzdə aşkar edilən pozuntular səbəbindən akademik Namiq Əliyevin oğlu, nazirliyin Tibb Mərkəzinin rəisi, tibb xidməti polkovniki Kamal Əliyev vəzifəsindən azad edilib.

Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva bu vəzifəyə təyin edilib.

Nazirin şifahi əmri ilə Xanım Sofiyeva nazirliyin Nəzarət Təftiş İdarə rəisi, polkovnik Qəşəm Məmmədovla birgə FHN-in Tibb Mərkəzinin Modul Tipli Hospitalında yoxlama aparıb. Yoxlamada hazırda həbsdə olan “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun yaxın qohumu olan Nicat Ağayev də iştirak edib.

Modul Tipli Xəstəxanada koronavirusa qarşı dərmanlara cavabdeh şəxslər Faiq Tağı-zadə və tibbi-psixoloji yardım şöbəsinin müavini Namiq Qayıbov olub. Dərmanlar Faiq Tağı-zadənin göstərişi ilə Namiq Qayıbov tərəfindən alınıb, bu işin maliyyə tərəfini isə FHN-in Tibb Xidmətinin Maliyyə məsələləri şöbəsinin rəisi, mayor Anar Ələkbərov həyata keçirib.

Aparılan yoxlamalar zamanı hospitalda koronavirus xəstələri üçün nəzərdə tutulan 650 min manatlıq dərman ləvazimatlarının məhv olması da aşkarlanıb. Məlum olub ki, FHN-in vəzifəli şəxslərinin sərəncamında olan dərmanların vaxtı keçib və TƏBİB-ə təhvil verilməyib.

Dərman işi ilə bağlı Nicat Ağayevə sərt xəbərdarlıq edilib, tibb xidmət polkovnik-leytenantı Rəşad Feyzullayev, general Faiq Tağı-zadənin yaxın adamı, biznes işlərinin maliyyə məsələləri üzrə rəhbəri, FHN-in Tibb Xidmətinin Maliyyə məsələləri şöbəsinin rəisi, mayor Anar Ələkbərov vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.

Bir müddətdir “Medistyle Hospital”ın kollektivi icarə əsasında götürdüyü FHN-in Tibb Mərkəzinin Modul Tipli Hospitalı koronavirus xəstələri üçün qapılarını bağlayıb. Hazırda hospitalın baş həkimi vəzifəsini isə Ərəstun Əliyev icra edir.

2021-ci ilə kimi mayor rütbəsində olan Xanım Sofiyeva qısa müddət ərzində Kəmaləddin Heydərovun etimadını qazanaraq polkovnik rütbəsi alıb.

Daha sonra işə 90 minlik BMW ilə gedib-gələn, Tibb Mərkəzinin maliyyə şöbəsinin əməkdaşı, bir ay əvvəl baş leytenant rütbəsi alan Əli Quluzadə maliyyə pozuntuları ilə əlaqədar vəzifəsindən azad edilib. Əli Quluzadənin FHN-də çalışan atası da işdən çıxarılıb. Belə ki, Əli Quluzadənin atası Rüfət Quliyev FHN-in Regional Mərkəzlərlə İşin Təşkili Layihələrin İdarə Edilməsi və Təhsil Məsələləri üzrə Baş İdarəsinin baş məsləhətçisi vəzifəsini tutub.

Ata və oğlun əmrlərini isə nazirliyin Nəzarət Təftiş İdarə rəisi, polkovnik Qəşəm Məmmədov verib. Qeyd edək ki, Qəşəm Məmmədov Dövlət Gömrük Komitəsində də çalışıb və orada “Tuz Qəşəm” ləqəbi ilə məşhurlaşıb. Bu ləqəbin ona verilməsinə səbəb isə taxta-şalban biznesindən əldə etdiyi milyonlar olub. Qəşəm Məmmədov bir ay əvvəl baş leytenant rütbəsi verilən Əli Quluzadəni də məhz Xanım Sofiyevanın təqdimatı əsasında işdən çıxarıb. Artıq Əli Quluzadə vəzifəsindən kənarlaşdırılması ilə bağlı FHN-i məhkəməyə verib.

Daha bir maraqlı məqam Xanım Sofiyevanın Faiq Tağı-zadəyə məxsus olduğu deyilən “Medistyle Hospital”da və Modul Tipli Hospitalda tibb bacısı işləmiş, peşə təhsili olan Əfsanə Bağışovanı özünə müavin gətirməsidir. Tibb üzrə peşə təhsili olan Əfsanə Bağışovaya Azərbaycan Respublikasının qanunlarına zidd olaraq, baş leytenant rütbəsi verilib.

Yaxın vaxtlarda polkovnik Xanım Sofiyevanın vəzifəsi bir qədər də yüksəldilərək, FHN Tibb Xidmətinə rəis təyin olunacağı deyilir.

Tibb Xidmətlə bağlı daha bir qanunsuzluq faktı var. Belə ki, Faiq Tağı-zadənin rəhbəri olduğu qurumda Nazirlər Kabinetinin qərarı ilə iki rəis müavini ştatı var. Amma ötən aya qədər üç rəis müavini ştatı olub. Fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin qızına görə sözügedən xidmətdə bir müavin yeri artırılıb.

FHN-in Tibb Xidmətində baş verən qalmaqallardan sonra nazir müavinin qızı, tibb xidməti mayoru Aidə Mirzəyeva öz istəyi ilə xidmətin rəis müavini vəzifəsindən ayrılıb. O da hazırda Bakıda öz adına olan “D.R Aidə Mirzəyeva” klinikasında fəaliyyət göstərir.

11:42

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağı-zadənin səhhətində ciddi problemlər yaranıb.

“Qaynarinfo” xəbər verir ki, ötən ilin aprel ayında FHN-in Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsindən sonra nazir müavininin səhhətində ciddi problemlər yaranmağa başlayıb. General-leytenant hazırda nitq pozulması, beyin təzyiqi diaqnozları ilə müalicə olunur.

Məlumata görə, Faiq Tağı-zadə bülletenə çıxaraq, nazirlikdəki əmək fəaliyyətini dayandırıb. Bu ilin noyabr ayında 71 yaşı tamam olacaq nazir müavininin vəzifəsindən azad olunacağı gözlənilir.

Qeyd edək ki, Faiq Tağı-zadə 17 noyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. 3 may 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib. Ailəlidir. 3 övladı var.

2021-ci ilin aprelində həbs olunan FHN-in Zığdakı Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev Faiq Tağı-zadənin bacısı oğludur. İmran Ağayev və xəstəxananın bir neçə əməkdaşı xəstələrdən pul almaqda ittiham edilib. Generalın bacısı oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay azadlıqdan məhrum edilsə də, Bakı Apellyasiya Məhkəməsi cəzanı 4 ilə endirib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistan KTMT-dən çıxmağı müzakirə edir: “Rusiya texnologiyaları ilə biz həmişə Azərbaycana uduzacağıq”

Next

Bakıda qadın onu döyən ərini həbs etdirdi

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv