Beynəlxalq Valyuta Fondu Azərbaycanın iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırdı

Beynəlxalq Valyuta Fondu Azərbaycanın iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırdı

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanın ümumi daxili məhsul istehsalının (ÜDM) 3,7% artacağını proqnozlaşdırır.

ARANTV.AZ xəbər verir ki, bu barədə IMF-nin “Dünya İqtisadi Görünüşü” hesabatının oktyabr sayında bildirilib.

Sənədə əsasən, bu, qurumun aprel ayı proqnozu ilə müqayisədə 0,9 faiz bəndi çoxdur.

IMF gələn il Azərbaycan iqtisadiyyatının 2,5% böyüyəcəyini gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 0,1 faiz bəndi azdır. Valyuta Fondu ÜDM artımını 2027-ci ildə 2,5% səviyyəsində proqnozlaşdırır.

Qeyd edək ki, ölkə iqtisadiyyatı 2021-ci ildə 5,6% artıb.