Bu ilin doqquz ayında 112,3 min ton tomat ixrac edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən tomatın dəyəri 134,2 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2021-ci ilin yanvar-sentyabr aylarında dəyəri 128,2 milyon dollar olmaqla 119,1 min ton tomat ixrac edilib.
