Bakıda velosipedçini maşın vurdu

Bakıda velosipedçini maşın vurdu

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Həsənov Nail Əndər oğlu velosipedlə yol kənarında hərəkətdə olan zaman onu minik avtomobili vurub.

Yaralı müxtəlif bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.