Bakıda gənc oğlan doqquzuncu mərtəbədən yerə yıxıldı

Bakıda gənc oğlan doqquzuncu mərtəbədən yerə yıxıldı

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Fərəcov Murad Abbasəli oğlu yaşadığı çoxmərtəbəli binanın 9-cu mərtəbəsinin eyvanından ehtiyatsızlıq edərək yıxılıb. O aldığı xəsarətlərə görə, komatoz vəziyyətinə düşüb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin təffərüatları araşdırılır.