Ermənistan hərbi xərclərini kəskin artırır

Ermənistan hərbi xərclərini kəskin artırır

“Ermənistanın gələn il üçün dövlət büdcəsində müdafiə sektorunun xərcləri 509 milyard dram (1,3 milyard dollar) səviyyəsində nəzərdə tutulub. Hərbi xərclərin artımı 2018-ci illə müqayisədə 113% təşkil edəcək”.

Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

“2023-cü il büdcəsinin vergi gəlirlərindən daxilolmaları 2 trilyon 204 milyard dram (5,6 milyard dollar) səviyyəsində planlaşdırılır ki, bu da 2018-ci illə müqayisədə 946 milyard dram (2,4 milyard) və ya 75,1% çoxdur. Dörd il yarım sonra, müharibə və epidemiyadan sonra biz 2018-ci ilin büdcəsindən 75% yüksək büdcə təklif edirik. Bundan əlavə, müdafiə sektorunun xərcləri 2018-ci illə müqayisədə 113%, yəni 2 dəfədən çox, 2022-ci illə müqayisədə isə 47% artımla 509 milyard dram həcmində nəzərdə tutulub”, – deyə Paşinyan bildirib.

O xatırladıb ki, 2022-ci ildə könüllü attestasiyadan keçən hərbi qulluqçuların maaşları azı iki dəfə, hətta üç dəfə artırılacaq.

Mənbə: Armenpress