Döş xərçənginə qarşı yeni dərman tapıldı

Döş xərçənginə qarşı yeni dərman tapıldı

Britaniya alimləri döş xərçəngi şişlərini kiçildən “Capivasertib” adlı yeni preparat kəşf edib.
ARANTV.AZ  xəbər verirki, dərmanın xərçəngə səbəb olan protein molekulu AKT-nin fəaliyyətini blokladığını vurğulayıblar.
London Xərçəng Araşdırma İnstitutunda (ICR) araşdırmalardan sonra “Capivasertib” dərmanı “AstraZeneca” şirkəti tərəfindən istehsal edilib. Bu zaman ABŞ-ın San Antonio Döş Xərçəngi Simpoziumunda dərmanın üçüncü mərhələ klinik sınaqlarının uğurlu nəticələri də əsas götürülüb.
“Capivasertib”-nin şişləri kiçildə biləcəyi və döş xərçəngini əvvəlki dərmanlardan iki dəfə daha uzun müddətə dayandıra biləcəyi qeyd edilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, 2020-ci ildə dünyada təxminən 2,5 milyon qadına döş xərçəngi diaqnozu qoyulub. Eyni zamanda, xəstəlik həmin il təxminən 687 min insanın ölümünə səbəb olub.