Qəbələdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

Qəbələdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundanOxu.Az-a verilən məlumata görə, bu gün gecə saatlarında rayonun Laza kəndi ərazisində Mehran Həsənovun idarə etdiyi QAZ-3110 markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin Maarif Xasıyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.