Bakıda 27 yaşlı gənc bıçaqlandı

Bakıda 27 yaşlı gənc bıçaqlandı

Bakının Suraxanı rayonunda 27 yaşlı gənc bıçaqlanıb.

Report xəbər verir ki, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Rəhmanov Elşən Baxış oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.