Goranboyda qadın hamamda faciəli şəkildə öldü

Goranboyda qadın hamamda faciəli şəkildə öldü

Goranboy rayonunda hamamda partlayış baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1942-ci il təvəllüdlü Validə Mirzəyevanın fərdi yaşayış evindəki hamamda odunla qızdırılan su qızdırıcısı içində su olmadığından partlayıb.

Həmin vaxt hamamda olan qadın aldığı xəsarətdən ölüb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.