DİN-də yeni TƏYİNAT

DİN-də yeni TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

ARANTV.AZ-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Abşeron Rayon Polis İdarəsinin rəisi polis polkovniki Şəhriyar Şəmşirli vəzifəsindən azad edilərək, Suraxanı Rayon Polis İdarəsinə rəis vəzifəsinə təyin edilib.