Bakıda yolu keçən qadını avtomobil vurub

Bakıda yolu keçən qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda 57 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Report”un məlumatına görə, 1966-cı il təvəllüdlü Kərimova Alla Nazim qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya catdırılıb. Müayinə zamanı ona büzdüm sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.