Mingəçevirdə kişi meyiti tapıldı

Mingəçevir şəhərində kişi meyiti tapılıb. ARANTV.AZ-ın məlumatına görə, 1980-ci il təvəllüdlü Zaur Həsənovun meyiti şəhər ərazisində, yaşadığı binanın qarşısında aşkarlanıb. Onun üzərində zorakılıq əlamətləri olub. Faktla bağlı araşdırma aparılır.

Əli Məsimli “Şöhrət” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli Əhməd oğlu Məsimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə AZƏRTAC məlumat verib. Əli Məsimli bu ordenə ölkənin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.