10 gün əvvəl dəm qazından zəhərlənən qadın ölüb

10 gün əvvəl dəm qazından zəhərlənən qadın ölüb

10 gün əvvəl dəm qazından zəhərlənən qadın xəstəxanada ölüb.

APA xəbər verir ki, 10 gün əvvəl Abşeron rayonunun Hökməli qəsəbəsində 1974-cü il təvəllüdlü Məlahət Rəhimova evinin hamam otağında dəm qazından zəhərlənib.

Qadın qonşuları tərəfindən xəstəxanaya çatdırılsa da, ötən gün ölüb.

Faktla bağlı araşdırma aparılır.