ARANTV.AZ xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.
Cütlük övladı ilə birlikdə Maldiv adalarına uçub. Üç gün ərzində sevgililər su altında ən uzun öpüşmə rekordunu qırmaq üçün açıq dənizdə məşq ediblər. Nəticədə onların öpüşü dörd dəqiqə altı saniyə davam edib. Əvvəlki rekord üç dəqiqə 24 saniyə idi və 13 il əvvəl qeydə alınmışdı.
